“Ai-98” super markalı benzin yaxın günlərdə satışda olacaq

“Ai-98” super markalı benzin yaxın günlərdə satışda olacaq

Yaxın günlərdə xaricdən idxal edilən "Super Euro-98” markalı benzin SOCAR-ın yanacaqdoldurma məntəqələrində yenidən satışda olacaq.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "SOCAR Petroleum” QSC-dən bildirilib:
"Bir neçə gündür ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrində xaricdən gətirilən "Super Euro-98” markalı benzin satılmır. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsidir. Artıq məsələ həll olunub. Belarusdan "Super Euro-98” markalı benzin partiyası yola çıxıb və iyunun 10-da Azərbaycana çatacaq. Burada gömrük sənədləşməsi aparıldıqdan sonra təxminən iyunun 15-16-da SOCAR yanacaqdoldurma məntəqələrində satışda olacaq”.
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR