Afrində daha bir məntəqə Türkiyənin nəzarətinə keçdi

Afrində daha bir məntəqə Türkiyənin nəzarətinə keçdi

Suriyanın Afrin rayonundakı Rajo strateji cəhətdən vacib yaşayış məntəqəsi Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

Trend-in məlumatına görə, Türkiyə qoşunları ötən gün Rajoya yaxınlaşmışdı.
Hazırda bölgədə PYD və YPG terrorçuları ilə atışmalar davam edir.
Əməliyyat çərçivəsində indiyədək 118 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16″ təyyarələri də cəlb olunub.
Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR