Afrində 2434 terrorçu məhv edilib

Afrində 2434 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2434-ə çatıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.
Əməliyyat çərçivəsində indiyədək 118 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16″ təyyarələri də cəlb olunub.
 
Aktual.az
Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR