Afrində 11 türk hərbçisi şəhid olub – Türkiyə SQ

Afrində 11 türk hərbçisi şəhid olub – Türkiyə SQ
  • DÜNYA

Türkiyə ordusunun PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəfərə çatıb.
 
APA-nın xəbərinə görə, bu barədə Türkiyə SH Baş Qərargahının son məlumatında bildirilir. Məlumata görə, ötən gün ərzində gedən döyüşlərdə daha 4 hərbçi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Gün ərzində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 13 üzvü məhv edilib.
Baş Qərargahın bundan əvvəl yayılan məlumatında gün ərzində 7 hərbçinin şəhid olduğu bildirilmişdi.
Qeyd edək ki, əməliyyatın keçirildiyi dövrdə Türkiyə ordusu məhz ötən gün ən çox şəhid verib. Ümumilikdə isə, Türkiyə ordusu indiyədək Afrində 30 şəhid verib, 70-dən çox hərbçi isə yaralanıb.
Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
 
Aktual.az
Xəbər 138 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR