AFFA yeni baş məşqçilərin adlarını açıqladı

AFFA yeni baş məşqçilərin adlarını açıqladı
  • İDMAN

Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.
U-20 və U-21 millisinə "Qarabağ”ın kapitanı, eləcə də, klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.
Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.
Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdır. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.
 
Aktual.az
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR