AFFA hakimi döyən azərbaycanlı oyunçuya sərt cəza verdi

AFFA hakimi döyən azərbaycanlı oyunçuya sərt cəza verdi
  • İDMAN

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aktual.az
xəbər verir ki, iclasda Qızlar Liqasının "Fidan” FK – "Gənclik” matçında komandalar yaş limitini pozduğuna görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının "Gömrükçü” FK – "Sumqayıt" FK matçında isə qonaq komanda yaş limitini pozduğuna görə klub 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
Ən diqqətçəkən qərar isə futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Baku Fans” – ADBTİA matçı ilə bağlı olub. Dekabrın 27-də keçirilmiş oyunun 20-ci dəqiqəsində "Baku Fans” klubunun futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi oyunçunu iki il müddətinə futboldan kənarlaşdırıb.
Qeyd edək ki, oyun sonadək oynanılmadığına görə "Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.

Aktual.az



Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR