AFFA-dan kobud səhv

AFFA-dan kobud səhv

Bu gün keçirilən Azərbaycan - Moldova oyunu yoldaşlıq xarakterli olsa da, deyəsən AFFA-da bundan xəbərsizdirlər. Belə ki, qurum bu matçı seçmə mərhələ görüşü kimi qələmə verib.

Aktual.az futbolinfo.az-a istinadən xəbər verir ki, AFFA -nın satışa çıxardığı biletin üzərində bu qarşılaşma Avropa Çempionatının seçmə oyunu kimi qeyd olunub. Görünür, seçmə oyunların biletlərini dəyişərkən cavabdeh şəxslər yalnız hazır eskizin üzərindən rəqibin adını dəyişib.

Bu həm də onu göstərir ki, heç AFFA-nın özündə də Moldova ilə oyuna ciddi yanaşılmır.

Aktual.az 

Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR