AFFA 2017-ci il üzrə gəlir və xərclərini açıqlayıb

AFFA 2017-ci il üzrə gəlir və xərclərini açıqlayıb

AFFA-nın Maliyyə və Mühasibat Departamenti 2017-ci il üzrə İllik Hesabatını təqdim edib.

"Report”un məlumatına görə, bu barədə AFFA-nın bu gün təşkil olunmuş Hesabat Konfransında açıqlama verilib.
Hesabatda bildirilir ki, ötən il ərzində qurumun büdcəsinə 27 milyon 608 min 305 manat daxil olub. Bunun 8 milyon 234 min 150 manatı baş sponsor SOCAR-dan, 6 milyon 260 min 268 manatı UEFA-dan, 5 milyon 955 min 600 manatı milli komandanın yayım hüququnun satışından, 2 milyon 718 min 896 manatı FIFA-dan, 2 milyon 538 min 981 manatı "AzərİdmanServis”dən, 698 min 416 manatı "Bakcell”dən, 177 min manatı "Paşa Sığorta”dan, 112 min 100 manatı "Boulevard Hotel”dən, 94 min 400 manatı "Coca Cola”dan, 818 min 494 manatı isə digər mənbələrdən daxil olub.
Assosiasiya 2017-ci ildə 21 milyon 573 min 667 manat xərcləyib. Bunun 10 milyon 154 min 918 manatı milli komandalara (əsas, U-21, U-19, U-17, U-16, qadınlar üzrə U-21, U-19, U-17, U-15, futzal, çimərlik futbolu), 3 milyon 288 min 43 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 2 milyon 340 min 815 manatı uşaq və gənclər futbolunun inkişafı, qızlar və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlər və beynəlxalq layihələrin həyata keçirilməsinə, 1 milyon 445 min 308 manatı hakimlər və hakim-inspektorlara, 490 min 889 manatı təsərrüfat xərclərinə, 1 milyon 83 min 125 manatı oyunların təşkilinə, 407 min 534 manatı aviabilet və otel xərclərinə, 265 min 869 manatı nəqliyyat xərclərinə, 228 min 106 manatı kommunal və rabitə xərclərinə, 203 min 34 manatı təhsilə, 297 min 235 manatı Marketinq və Sponsorluq Departamentinə, 55 min 596 manatı "Cross Culture” layihəsinə, 102 min 896 manatı "Elit Məşq” layihəsinə, 136 min 161 manatı Media Komitəsinə, 77 min 396 manatı "Futbol dərsi” layihəsinə, 244 min 439 manatı "Bakı AVRO-2020″ layihəsi ilə bağlı hazırlıq işlərinə, 752 min 303 manatı isə digər xərclərə sərf olunub.
Qeyd edək ki, hesabatda yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Vergilər üzrə hərəkət 2 milyon 353 min 147 manat təşkil edib.


Xəbər 85 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR