"Adnan Oktar işi"ndə yeni təfərrüatlar: 11 yaşlı qızı anası “hədiyyə” edibmiş


İki gün əvvəl polisin həyata keçirdiyi genişmiqyaslı və qəfil əməliyyatla həbs edilən Türk İslam Camaatının lideri Adnan Oktarla bağlı yeni məlumatlar yayılıb.


Lent.az hurriyet.com.tr-yə istinadən bildirir ki, silahlı qruplaşma, , siyasi casusluq, qanunsuz silah saxlama, insan oğurluğu, azyaşlılara cinsi təcavüzdə təqsirli bilinən Adnan Oktarın çirkin fəaliyyətlərində yaxından iştirak etmiş şəxslərin axtarışı davam edir. Artıq 5 əyalətdə axtarışa verilmiş şəxslərin izinə düşən polis 190 nəfəri "Oktar işi”nə görə saxlayıb.

İstintaq zamanı məlum olub ki, Oktarın "əhli beyt”inə daxil olan qızlar əvvəlcə zorla cinsi istismar edilir, daha sonra hərəmxanaya göndərilirmiş. Burada makiyaj edilib qaşları alındıqdan sonra təkrar olaraq cinsi istismara məhkum olunurlarmış. Adnan Oktar "kediciklərinə” bütün bunların islam adına edildiyini söyləyirmiş.

Bu cür "turnike” sistemi olduqca gizli aparılıb. Bir qadının digərinin başına gələndən xəbəri olmayıb.

Eyni ssenari camaat üzvlüyünə daxil edilmiş qadınlara tətbiq olunub.

Təşkilatın sistem quruluşu isə qadın və kişilər arasında fərqli olub. Qadınların sistemində üç rütbə mərhələsinin olduğu bildirilir: "bacılar”, "imam bacılar”, və "bacı imamları”.

Kişilərdə də oxşar sistem mövcud olub: "qardaşlar”, "imam qardaşlar” və "qardaş imamları”.

Camaat liderinin evinə basqın zamanı ələ keçirilən tabloların, vazların əntiq əşya olub-olmadığı, oğurluq tarixi əşyalar sırasına aid edilib-edilmədiyi də hazırda polis tərəfindən araşdırılır.

Polisin araşdırmasından sonra 35 nəfər hüquq-mühafizə orqanlarına şikayət edərək Adnan Oktar və onun "bacı”ları tərəfindən cinsi istismara təhrik olunduqlarını deyib. Cinsi təcavüzə məruz qalanlardan 15-nin 11-17 yaş aralığında olduğu vurğulanır. Hətta 11 yaşında təcavüzə məruz qalan O.A-nın "mürid” anası tərəfindən Adnan Oktar camaatına cinsi təcavüz üçün "hədiyyə” edildiyi bildirilir.

Polisin yaydığı məlumatda Adnan Oktarın casus fəaliyyətlərinin olduğu, Amerika və İsraillə "işlədiyi” vurğulanır. Hətta camaat lideri tərəfindən Türkiyəyə aid hərbi sirrlərin Amerikaya ötürüldüyü  qeyd olunur. Evindən xeyli müasir silah-sursat aşkarlanan camaat liderinin "Rza Zərrab işi”ndə də əli olduğu, maliyyə fırıldaqlığına şərikliyi barədə məlumatlar da yayılıb.   

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR