Adel Beyonsa görə "Qremmi"dən imtina etdi - FOTOLAR

Adel Beyonsa görə
  • DÜNYA

Adelin 59-cu "Qremmi" musiqi mükafatlarının təltifolunma mərasiminin sonunda səhnəyə çıxması tamaşaçıların yaddaşında uzun müddət qalacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, rəqibi - pop-diva Beyonsu məğlub edərək bütün əsas kateqoriyalar üzrə qələbə qazanan müğənni təsirli çıxış edib. O, öz emosional çıxışında bildirib ki, mükafatı Beyons əldə etməli idi.
"Sağ olun. Hər kəsə ürəkdən təşəkkür edirəm. Beş il bundan əvvəl burada sonuncu dəfə olanda mənə bu mükafatı təqdim etmişdilər. Mərasimdən sonra isə öyrəndim ki, uşaq gözləyirəm, bu, mənim üçün ən böyük xeyir-dua idi. Həm hamiləlik zamanı, həm də ana olandan sonra əziyyət çəkdim və hələ də əzab çəkirəm. Amma bu gün qalib oldum. Buna baxmayaraq, bu mükafatı qəbul edə bilmirəm, amma çox mütəəssir və minnətdaram. Mənim həyatım və arzum Beyonsdur. "Lemonade” mənim üçün ən yaxşı albomdur, o, çox gözəl və möhtəşəm hazırlanıb. Hesab edirəm ki, bütün mahnılarda gözəl ruh hiss olunur, biz hamımız sənin başqa tərəfini gördük və bunu yüksək qiymətləndiririk. Sən bizim işığımızsan! Mən səni sevirəm, həmişə sevmişəm və həmişə sevəcəyəm”, - deyərək müğənni öz nitqini yekunlaşdırıb.
Cavab olaraq Beyonsun dodaqlarından minnətdarlıq sözləri oxunub. O, həmkarının bu etirafından çox təsirlənib.
 
Aktual.az
Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR