ADB ötən il Azərbaycana 1,3 mlrd. dollardan çox kredit ayırıb

ADB ötən il Azərbaycana 1,3 mlrd. dollardan çox kredit ayırıb

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) 2016-cı ildə Azərbaycana 4 layihənin maliyyələşdirilməsi üçün 1,325 mlrd. dollar məbləğində kredit ayırıb

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, qeyd edilən vəsaitin 520 mln. dolları elektrik enerjisi şəbəkəsinin genişləndirilməsinə, 75 mln. dollar su təchizatı sisteminin yaxşılaşdırılmasına, 500 mln. dollar "Şahdəniz-2" layihəsinə, 500 mln. dollar isə ölkədəki iqtisadi artımı dəstəkləmək üçün ayrılıb.
 
Qeyd edək ki, bu məbləğə "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılan 500 mln. dollarlıq vəsaity daxil deyil.
 
2016-cı ilin dekabrın 31-nə ADB-nin Azərbaycanın özəl sektoru ilə bağlı kredit portfeli 373,6 mln. dollar təşkil edir.
 
Aktual.az
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR