Odessada terror aktı törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb

Odessada terror aktı törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti Odessada martın 12-nə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən iki şəxsin saxlanılması barədə  məlumat yayıb. APA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytında dərc edilmiş məlumatda bildirilir.  

 

“Saxlanılan şəxslərin üzərindən 3 kq trotil ekvivalentində olan əldə düzəlmə partlayıcı qurğu aşkarlanaraq götürülüb. Onlar partlayıcı qurğunu növbəti terror aktının həyata keçirilməsi üçün istifadə etmək niyyətində olublar”, deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Odessanın Admiralski prospektində  martın 12-nə keçən gecə partlayış törədilib, xəsarət alan olmayıb.(APA)


Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR