Ağdamda zəlzələnin vurduğu ziyan hesablanır

Ağdamda zəlzələnin vurduğu ziyan hesablanır

Bu gün Ağdam rayon İcra Hakimiyyəti və rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları tərəfindən rayon ərazisində zəlzələ nəticəsində dağılmış evlərə baş çəkilib.

Aktual.az xəbər verir ki, barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, vəziyyətlə yerində tanışlıqdan sonra sakinlərə dəymiş ziyanın hesablanması istiqamətində işlərə başlanılıb.
R.Məmmədov əlavə edib: "Hələlik ilkin məlumata görə, 132 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. O cümlədən Çəmənli kəndində 36, Əfətli kəndində 3, Zəngişalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, 1-ci Dördyol qəsəbəsində 44 , Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar yaranıb".
Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.
Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.

Aktual.az
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR