Abşeronda yanğın — 25 nəfər təxliyə olundu

Abşeronda yanğın — 25 nəfər təxliyə olundu

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yanğın baş verib.

Aktual.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin 1 otağının  yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanıb.  Yanğın zamanı  yanğınsöndürənlər tərəfindən 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 


Aktual.az




Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR