Abşeronda avtomobil gənc oğlanı vuraraq öldürüb

Abşeronda avtomobil gənc oğlanı vuraraq öldürüb

Abşeron rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Müşviqabad yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasov İlkin Bəylər oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Nəticədə İ.Abbasov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətmiş sürücü saxlanılıb. 
 
Aktual.az
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR