“Abşeron” yatağında ilk quyunun istismara veriləcəyi tarix açıqlanıb

“Abşeron” yatağında ilk quyunun istismara veriləcəyi tarix açıqlanıb

"Abşeron” yatağında ilk quyunun 2019-cu ildə istismara veriləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
R.Abdullayev bildirib ki, SOCAR perspektivdə qaz hasilatının artırılması məqsədilə "Ümid”, "Abşeron”, "Qarabağ” və digər dəniz strukturlarının işlənilməsi üzrə həm xarici tərəfdaşları ilə əməkdaşlığı, həm də müstəqil çalışmalarını davam etdirir:
"Ümid” yatağının işlənməsi yaxın zamanda İlkin Detallı Layihələndirməmərhələsinə daxil olacaq. Biz, həmçinin bu yatağa bağlı olan "Babək” strukturunda da ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri aparırıq”.
SOCAR prezidenti əlavə edib ki, "Abşeron” yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik və layihələndirmə işləri davam etdirilir: "Bu layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır. "Abşeron”da ilk quyunun 2019-cu ildə istismara verilməsi planlaşdırılır”.


Aktual.az
Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR