ABŞ yaxın vaxtlarda İranla nüvə razılaşmasından çıxa bilər

ABŞ yaxın vaxtlarda İranla nüvə razılaşmasından çıxa bilər

"Vaşinqton Tehranın nüvə silahı yaratmasına imkan verməyəcək”.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla ABŞ-ın vitse-prezidenti Maykl Pens çıxış edib.
O bildirib ki, İran ballistik raketlərin hazırlanması üzrə işləri davam etdirir, eləcə də terror təşkilatlarına dəstək verir.
M.Pens qeyd edib ki, ABŞ lideri Donald Tramp nüvə razılaşması ilə bağlı fikir ayrılıqlarının atadan qaldırılması məqsədilə Tehrana qarşı təkrar sanksiyaların tətbiqindən imtina edib.
Bununla belə, vitse-prezident vurğulayıb ki, ABŞ gələcəkdə bənzər güzəştlər etmək niyyətində deyil: "Səhv salmayın, bu, onların sonuncu şansıdır. Önümüzdəki aylarda İranla nüvə razılaşmasına yenidən baxılmasa, ABŞ yubanmadan razılaşmadan geri çəkiləcək”.


Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR