ABŞ və Türkiyə arasında razılaşma əldə olunub

ABŞ və Türkiyə arasında razılaşma əldə olunub

"YPG Menbiçdən çıxan kimi ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”.


"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, martın 19-da Suriya məsələsi ilə bağlı "Yol xərtiəsi” müəyyənləşdiriləcək: "YPG (terrorçu PKK-nın Suriyadakı qollarında biri – "Report”) Mebiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə İşçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik”.

Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonal görüşəcək. Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək.

 
Aktual.az
Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR