ABŞ və Rusiya prezidentləri arasında görüş başlayıb

ABŞ və Rusiya prezidentləri arasında görüş başlayıb

 Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.


"Report” xarici KİV-ə istinadən xəbər verir ki, görüşün 3 saat sürəcəyi ehtimal edilir.

Yerli vaxtla səhər saatlarında Donlad Tramp Finlandiya prezidenti Sauli Niinistyo ilə görüşüb. Rusiya prezidenti isə Sauli Niinstyo ilə D.Trampla danışıqlardan sonra bir araya gələcək.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentlər ən çoxu 4 sualı cavablandıracaq.

Onların, əsasən, Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub. 

 
Aktual.az
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR