ABŞ terrorçuların başına 11 milyon dollar pul qoydu

ABŞ terrorçuların başına 11 milyon dollar pul qoydu

ABŞ Dövlət Deparamenti "Tehrike Taliban Pakistan” qruplaşmasını bir neçə üzvünün tutulması üçün veriləcək informasiyaya görə ümumilikdə 11 milyon dollar verməyə hazır olduğunu bildirib. 
 
Modern.az xəbər verir ki, bu barədə "TASS” agentliyi məlumat yayıb.
ABŞ 5 milyon dolları tək qruplaşmanın lideri molla Fəzullanın haqqında məlumat verəcək şəxsə təqdim edəcək.
 
Bundan əlavə ABŞ Departamenti bu qruplaşma ilə əlaqələri olan "Cəmaatul Əxrar” qruplaşmasını lideri Əbdül Vali haqda informasiyaya 3 milyon və yenə də eyni səbəbə görə "Ləşkari İslam” qruplaşmasının lideri Manqal Bəqx haqda informasiyaya görə də daha 3 milyon verməyi nəzərdə tutub.
Departamentin açıqlamasına görə bu liderlərlərin hər biri, ABŞ və Pakistana qarşı terror aktları, adam qaçırma, xərac kəsmə, dövlət adamlarının və hərbçilərin qətli kimi bir sıra digər hadisələrdə günahlandırılır.
 
Departamentin verdiyi məlumatda Pakistan hökumətinin Manqal Bəqxin həbsi üçün informasiyaya görə 2007-ci ildən 60 min dollar mükafat təyin etdiyi də bildirilir.
"Tərike Taliban Pakistan” qruplaşmasının "Əl Qaidə” ilə sıx əlaqələrinin olduğu da bildirilir.
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR