ABŞ Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı birtərəfli sanksiyaların müddətini daha bir il uzatmaq qərarını verib.

Aktual.az Trend-ə istinadən bildirir ki, müvafiq bildirişi Ağ Ev ABŞ Konqresinin rəhbərliyinə göndərib.
Sənəddə bildirilir: "ABŞ Əsəd rejiminin güc tətbiq etməsini və insan haqqlarını pozmasını pisləyir, Əsəd rejimini Suriya xalqına qarşı zorakılığı dayandırmağa, atəşkəsə əməl etməyə, humanitar yardımın çatdırılmasını təmin etməyə çağırır".
Qeyd edək ki, sanksiyalar, ABŞ-ın yurisdiksiyası altında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərini bloklaşdırır, həmçinin Suriyaya müəyyən kateqoriyalı ABŞ mallarının və xidmətlərinin ixracını qadağan edir.
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR