ABŞ Suriyada kimyəvi silah anbarını vurdu

ABŞ Suriyada kimyəvi silah anbarını vurdu

"Beynəlxalq koalisiyaya məxsus təyyarələr İŞİD-in Deyr-əz-Zor vilayətində kimyəvi silah anbarına zərbə endirib. Zəhərli maddələrin ətrafa yayılması nəticəsində yüzlərlə terrorçu və dinc sakin həlak olub".
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Suriya ordusunun Baş Qərargahından bildirilib.
Aviazərbələrin aprelin 12-də yerli vaxtla saat 17:30-17:50-də endirildiyi bildirilir. Yanğın yerli vaxtla axşam 22:30-a kimi davam edib.
Baş Qərargahın bəyanatında bildirilir ki, insanların kütləvi ölümü terrorçuların əlində kimyəvi vasitələrin olmasını və bundan kütləvi qətl üçün istifadə edə biləcəklərini sübut edir. 
 
Aktual.az
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR