ABŞ Şimali Koreya liderinə sui-qəsd hazırlayıb

ABŞ Şimali Koreya liderinə sui-qəsd hazırlayıb

Şimali Koreya ABŞ və Cənubi Koreyanı dövlət başçısı Kim Yonq Una qarşı sui-qəsd planlaşdırmaqda ittiham edib.

 Lent.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi ABŞ və Cənubi Koreya xüsusi xidmət orqanlarının Pxenyandakı tədbirlər zamanı Kim Yonq Unu öldürmək istədiyini yazıb. Qeyd edilib ki, hələlik məlum olmayan kimyəvi maddə ilə Şimali Koreya liderinin zəhərlənməsinə çalışan qüvvələr bununla bağlı plan qurub.
 
Planın hansı formada həyata keçirilməsi, biokimyəvi maddənin tərkibi barədə məlumat verilməyib.
 
Aktual.az
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR