ABŞ Rza Zərrabın yerini açıqlamır - Türkiyə nota verdi

ABŞ Rza Zərrabın yerini açıqlamır - Türkiyə nota verdi
  • DÜNYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həbs edilən azərbaycanlı iş adamı, Türkiyə və İran vətəndaşı Rza Zərrabın son vəziyyəti ilə bağlı açıqlama verib.
Aktual.az  xəbər verir ki, nazir R.Zərrabın daha öncə saxlanıldığı yerdə olmadığını deyib və ABŞ-ın onun haqqında heç bir bilgi paylaşmadığını bildirib:
"Məsələ ilə bağlı iki nota verdik. Birincisi, vəkillərin təqsirləndirilən şəxslə görüşə bilməməsinə dair idi. İkinci notanı isə ilk notadan cavab ala bilmədiyimiz üçün göndərdik. İkinci notadan sonra ABŞ Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ABŞ-dakı səfirimizə zəng edib və Rza Zərrabın vəziyyətinin yaxşı olduğunu deyib. Ancaq yerini bildirməyib. Onun başqa bir yerdə olduğu dəqiqdir. Ev həbsindəmi, yoxsa başqa bir yerdəmidir, bilmirik. Bizimlə bölüşmürlər”.
Nazir R.Zərrabın ABŞ-la işbirliyi edə biləcəyinə dair narahat olmadığını da dilə gətirib. Təqsirləndirilən şəxsin ittihamnaməsini FETÖ terror təşkilatı tərəfdarlarının hazırladğını bildirən M.Çavuşoğlu yanlış iddiaların olacağı təqdirdə Türkiyənin cavabsız qalmayacağını vurğulayıb. //Publika.az
 
Aktual.az
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR