ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.
 
APA-nın xəbərinə görə, yeni sanksiya siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Sanksiya siyahısına ABŞ-da 2016-cı ilk prezident seçkilərinə müdaxilədə ittiham olunan 14 fiziki şəxs və bir təşkilat əlavə olunub.
 
Sanksiyaya məruz qalan qurum "trol fabriki" kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyidir. Fiziki şəxslər isə "trol fabriki"ni kurasiya edən iş adamı Yevgeni Priqojin və xüsusi prokuror Robert Müller tərəfindən seçkilərə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşıdır. Onların arasında azərbaycanlı Ceyhun Aslanov da var.
 
Aktual.az
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR