ABŞ Rusiyanın ölkədəki baş konsulluqlarından birini bağlaya bilər

ABŞ Rusiyanın ölkədəki baş konsulluqlarından birini bağlaya bilər
  • DÜNYA

ABŞ hökuməti Rusiyadan ölkədəki baş konsulluqlarından birini bağlamağı tələb edə bilər, müvafiq qərar sentyabrın 1-dək elan edilə bilər.

Aktual.az-ın APA-ya istinadla xəbərinə görə, bu addımın Rusiyanın ABŞ-ın diplomatik missiyasının azaldılmasına cavab olaraq atılacağı bildirilir.
Nəşr qeyd edir ki, hazırda ABŞ-ın Rusiyanın üç şəhərində - Sankt Peterburq, Yekaterinburq və Vladivostokda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın isə ABŞ-ın dörd şəhərində - Nyu York, San  Fransisko, Sietl və Hyustonda baş konsulluğu fəaliyyət göstərir.
Rusiyanın hansı baş konsulluğunun bağlanacağı barədə məlumat verilmir. 
Qeyd edək ki, bundan əvvəl Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəsinə qadağa qoyulub.
V.Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib.  Bu addımlar Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanun qəbul etməsinə cavab olaraq atılıb. 

Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR