ABŞ Qarabağa müasir silahlar yerləşdirib - Erməni general, "Dağ tülküsü”...

ABŞ Qarabağa müasir silahlar yerləşdirib - Erməni general,

Amerika Ermənistana müasir müdafiə sistemləri verib.

Bu barədə "komandos” ləqəbi ilə tanınan erməni general Arkadi Ter-Tadevosyan deyib.

Onun iddialarına görə, bu sistemlər 10 funksiyanı eyni vaxtda yerinə yetirir: "Gecə və gündüz işləyir, informasiya toplayır və digər vacib elementlərə sahibdir. Bu sistemi amerikalılar bizə verdi, biz də onu Dağlıq Qarabağda təmas xəttinə yerləşdirdik.

Xatırladaq ki, bir müddət əvvəl Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş "Dağ tülküsü” və "Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni mediasına müsahibəsində təmas xəttinə yerləşdirilən yeni hərbi texnologiyalardan danışmışdı.

İşğalçı general aprel savaşından sonra Qarabağda təmas xəttinə çoxfunksiyalı Amerika hərbi sisteminin yerləşdirildiyini bildirib. Tadevosyan əlavə edib ki, bu xüsusi sistemlər Amerikalılar tərəfindən ermənilərə verilib. O, texnologiyanın adını çəkməsə də yalnız az sayda ölkənin bu sistemə malik olduğunu bildirmişdi.

Erməni generalın iddiası həqiqətə uyğundursa, bu, ABŞ-ın ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasına zidd addımdır. (miq.az)
Xəbər 3613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR