ABŞ müttəfiqlərinə silah ixracını sürətləndirəcək

ABŞ müttəfiqlərinə silah ixracını sürətləndirəcək

ABŞ müttəfiqlərinə silah və hərbi texnikanın ixrac prosesini sürətləndirmək niyyətindədir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda "Amerika hərbi texnikasının Yaponiyaya satışı" məsələsinin sürətləndirilməsinə baxılır: "Biz səylərimizi yalnız Yaponiya üçün deyil, həm də digər müttəfiqlərimiz üçün fəallaşdırırıq ki, onlar bizdən texnika sifariş edəndə biz sifarişi onlara tez bir müddətdə çatdıra bilək".
Donald Tramp əlavə edib ki, bəzi hallarda sifarişlərin hazırlanmasına bir neçə il gedirdi və buna səbəb Müdafiə nazirliyi, Dövlət Departamenti daxilində bürokratiya olub: "Biz bunu qısaldırıq, indi bu məsələ bir neçə gün çəkəcək. Əgər onlar bizim müttəfiqlərdirsə, biz onlara çox lazımlı hərbi texnikanı almağa kömək edəcəyik".
 
Aktual.az
Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR