ABŞ mətbuatı Trampın vergidən yayındığını iddia edir

ABŞ mətbuatı Trampın vergidən yayındığını iddia edir
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp və onun oğlu Erikin şirkətləri arasında 2 mənzilin satılması vergidən yayınma ilə bağlı şübhələr yarada bilər.

Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda Washington Post nəşri xəbər verib.

Real Deal jurnalı və Propublica qeyri-hökumət təşkilatının məlumatına görə, 2016-ci ilin aprel ayında ümumilikdə 700 min dollar təşkil edən 2 mənzil Donald Trampın şirkəti tərəfindən Erikin rəhbərlik etdiyi şirkətə satıb.

Amerika qanunvericiliyinə görə, yaxın qohumlar arasında bazar qiyməti ilə alqı-satqı sövdələşmələri vergiyə cəlb olunmur. Lakin satılan əmlakın bazar dəyərinin yüksək olduğunu nəzərə alaraq, Donald Tramp mənzillərin satılmasında əldə etdiyi gəlirdən 40% vegi ödəməli idi.
 
Aktual.az
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR