ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qadın rəhbərlik edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qadın rəhbərlik edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) təşkilatın tarixində ilk dəfə olaraq qadın rəhbərlik edəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
D. Tramp dövlət katibi vəzifəsinə CİA-in hazırkı direktoru Mayk Pompeonu təyin edəcəyini açıqlayıb. M. Pompeonun kreslosunu isə Cina Haspel tutacaq. Hazırda C. Haspel CİA direktorunun 1-ci müavini vəzifəsini tutur.
Hər iki təyinat Senatın təsdiqindən keçməlidir.
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR