ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olundu

ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olundu

Ermənistanda üç özəl universitetin rektoru saxta diplom verməkdə ittiham olunur.

Aktual.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat katibi Samson Qalstyan bildirib ki, saxta diplom verilməsi faktı üzrə başlanmış 3 cinayət işindən 2-i üzrə materiallar artıq məhkəməyə göndərilib.
"İstintaq sürətli aparılıb. Üçüncü iş üzrə araşdırmalar da yekunlaşmaq üzrədir", - deyə o qeyd edib.
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl universitetin saxta diplom verməsi barədə faktlar üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, saxta diplomlar təkcə Ermənistan vətəndaşlarına deyil, ABŞ, İsrail, Rusiya, İran, Gürcüstan və Özbəkistan vətəndaşlarına da verilib.
Universitetlərin rektorlarına qarşı vəzifə səlahiyyətlərini aşma ittihamı irəli sürülüb. (apa)
 
Aktual.az 
Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR