ABŞ İrana qarşı yeni sanksiyaların hazırlanmasını dayandırıb

ABŞ İrana qarşı yeni sanksiyaların hazırlanmasını dayandırıb
  • DÜNYA

ABŞ administrasiyası İrana qarşı sanksiyaların mümkün genişləndirilməsi və İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasının nəzərdən keçirilməsini qeyri-müəyyən vaxta təxirə salıb.

Aktual.az  Report-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların hərbi mütəxəssisləri bu tədbirləri qeyri-səmərəli biliblər.

Çünki bütün bu tədbirlər həyata keçirilərsə, İranla danışıqlar aparmaq artıq alınmayacaq.

Ağ evdə hesab edirlər ki, İranla münasibətlərin kəskinləşməsi Suriya və İraqda İŞİD terror təşkilatı ilə mübarizəni çətinləşdirəcək.
 
Aktual.az 
Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR