ABŞ-ın Əfqanıstana atdığı “superbomba“ 90-dan çox İŞİD-çini məhv edib

ABŞ-ın Əfqanıstana atdığı “superbomba“ 90-dan çox İŞİD-çini məhv edib

ABŞ-nın Əfqanıstanın şərqinə "superbomba" atması nəticəsində 90-dan çox İŞİD silahlısı məhv edilib

Aktual.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Nanqarhar əyalətinin Açin qəzasının rəhbəri İsmayıl Şinvari bildirib: "ABŞ aviasiyasından atılan bombanın partlaması nəticəsində azı 92 İŞİD yaraqlısı öldürülüb”.

Qeyd edək ki, Pentaqon Əfqanıstanda İŞİD-ə qarşı ilk dəfə "bombaların anası” adı verilmiş güclü fuqas aviasiya bombasını sınaqdan keçirib. 9.5 ton çəkisi olan "superbomba" aprelin 13-də MS-130 təyyarəsindən atılıb.

Məlumata görə, ABŞ 15 ədəd bu tipli bombaya malikdir. Ağ Evdən verilən məlumata görə, zərbə terrorçuların sığındığı tunelə endirilib. Rəsmi Vaşinqton bu addımını İŞİD terror qruplaşmasını məhv etməyə dair üzərinə götürdüyü öhdəliyə sadiq olması ilə izah edib.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin bu zərbəsini "çox uğurlu missiya” adlandırıb.
 
Aktual.az 
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR