ABŞ-ın büdcə kəsiri təxminən 666 milyard dollara çatıb

ABŞ-ın büdcə kəsiri təxminən 666 milyard dollara çatıb

ABŞ-ın 2017-ci maliyyə ilində büdcə kəsiri 80 milyard dollar artaraq 665,7 mlrd. dollara çatıb.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə Amerika Maliyyə Nazirliyinin məlumatları deməyə əsas verir.
Bildirilir ki, 2016-cı ildə büdcə kəsiri 585 mlrd. dollar, 2015-ci ildə isə 438 mlrd. dollar təşkil edib.
Prezident Administrasiyasının rəyinə görə, bu rəqəm vergilərə yenidən baxılması üzrə tədbirlərə ehtiyac olduğunu göstərir.
Bundan əvvəl ABŞ Senatı 2018-ci maliyyə ili üçün büdcə layihəsini təsdiq edib.
 
Aktual.az
Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR