ABŞ Dövlət Departamenti Ramazanla bağlı tədbirlərdən imtina etdi

ABŞ Dövlət Departamenti Ramazanla bağlı tədbirlərdən imtina etdi

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət katibi Reks Tillerson ona təqdim edilən müvafiq sorğunu rədd edib.
 
Məlumata əsasən, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir.  Madlen Olbrayt tərəfindən qoyulan ənənəni sonrakı illərdə Demokrat və Respublikaçılar partiyasının nümayəndələri daim davam etdirib. Dövlət Departamentində iftar süfrəsi təşkil edilib və yaxud müqəddəs ayın bitməsi ilə əlaqədar qəbul keçirilib.
 
Aktual.az
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR