ABŞ dörd hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb

ABŞ dörd hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb

ABŞ Futemma dəniz piyada korpusunun hərbi bazası üçün istifadə olunan ərazinin bir hissəsini Yaponiyaya geri qaytarıb. O, Okinava prefekturasında yerləşir.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Qaytarılan ərazinin sahəsi 4 hektardır.

Hazırda Yaponiyada aviabazanın yerinin dəyişdirilməsi üçün tikinti işləri aparılır. Obyektin yerləşdiyi rayon sakinlərinin fikrincə, bazada yerləşən "MV-22 Osprey” konvertoplanlarının uçuşları yerli əhali üçün təhlükəlidir.

Agentlik qeyd edir ki, ABŞ-ın ərazinin bir hissəsini geri qaytarmaq qərarı ölkənin bu prosesi ölü nöqtədən tərpətmək niyyətini nümayiş etdirir.
 

Aktual.az 

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR