ABŞ-da neft hasilatı yeni rekorda çatıb

ABŞ-da neft hasilatı yeni rekorda çatıb

ABŞ-da 18-24 noyabr həftəsində neft hasilatı 24 min barel və ya 0,25% artaraq 9,682 mln. barel/günə çatıb.

"Report" xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.
Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-dakı neft ehtiyatları 3,4 mln. barel və ya 0,7% azalaraq 453,7 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 2,3 mln. barel azalacağını ehtimal edirdilər.
Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 1,2 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,6 mln. barel çoxalıb.
Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 62 dollar/barelə enib. Qiymət azalmasına səbəb OPEC+ ölkələrinin bu gün Vyanada keçirilməsi gözlənilən növbəti sammitidir. Bu sammitdə 2018-ci il martın 31-də bitən OPEC+ anlaşmasının ilin sonuna qədər uzadılması qərarının Rusiya tərəfindən dəstəklənməməsi barədə şayiələr olub. Bəzi məlumatlara görə, sammitdə hasilatın bir qədər də azaldılması məsələsi müzakirə oluna bilər. 
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR