ABŞ “Cənub Qaz Dəhlizi”ni yüksək qiymətləndirir

ABŞ “Cənub Qaz Dəhlizi”ni yüksək qiymətləndirir

"ABŞ, Azərbaycan və Türkiyədə Cənub qaz dəhlizi ilə bağlı tarixi irəliləyişi təqdir edir". 
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bu həftə Vaşinqtonda keçirilmiş dünya qaz konfransına dair dərc edilmiş "Avropa Enerji Təhlükəsizliyində müxtəlifliyin əhəmiyyəti” adlı məqalədə qeyd edilib.
 
Məqalədə Cənub Qaz dəhlizinin əhəmiyyəti vurğulanıb və diqqətə çatdırılıb ki, Cənub Qaz dəhlizi vasitəsilə Xəzər qazı Azərbaycandan Avropaya  2020-ci ilə qədər çatdırılacaq.
 
Aktual.az
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR