Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Aktual.az Trend-ə istinadən UNEC haqqında 10 mühüm faktı təqdim edir:


1. UNEC 600-dən yüksək bal toplayan abituriyent və olimpiada qaliblərinə 100 AZN məbləğində xüsusi təqaüd verir.

2. Semestr ərzində imtahanlarda ən yüksək nəticə göstərən hər kurs üzrə 15 tələbə 100 AZN məbləğində ikinci əlaçı təqaüdü qazanır.

3. Yalnız UNEC-də tələbələr Universitet Daxili İkili Diplom (UDİD) proqramı vasitəsilə 4 il ərzində 2 ixtisasa sahib olmaq imkanı əldə edirlər. UDİD proqramı 700 bal toplayanlar üçün ödənişsizdir. 600-dən yüksək bal toplayanlar isə təhsil haqqının 50 faizindən azad olunurlar.

4. UNEC-də London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramına və Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına qoşularaq 4 il ərzində Avropanın ən nüfuzlu universitetlərinin diplomunu əldə etmək mümkündür.

5. Tələbələr "Erasmus+" və "Mövlana" beynəlxalq proqramları çərçivəsində Avropa və Türkiyənin nüfuzlu universitetlərində mübadilədə iştirak edirlər.

6. UNEC-də tədris Amerika, Kanada və Qərbi Avropanın ən nüfuzlu universitetlərinin məzunları olan gənc müəllimlər tərəfindən aparılır.

7. Elektron Universitet Modeli vasitəsilə tələbələr mühazirə, dərs materialları, dərs cədvəli, imtahan balı, dərsə davamiyyət barədə məlumatları şəxsi elektron kabinetindən əldə edir.

8. UNEC İnnovativ Biznes İnkubatoru tələbələrə kreativ ideyalarını şəxsi bizneslərinə çevirməyə dəstək olur.

9. Ölkədə ilk dəfə olaraq UNEC-də fəaliyyət göstərən 7/24 kitabxana tələbələrə dərs və imtahanlara rahatlıqla hazırlaşmağa imkan verir.

10. UNEC Yaradıcılıq Mərkəzi tələbələrə yaradıcılıq potensiallarını inkişaf etdirmək şansı yaradır.

 
Aktual.az
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR