Ağac kəsdiyinə görə 2920 manat cərimələndi

Ağac kəsdiyinə görə 2920 manat cərimələndi

Gəncədə ağac kəsən şəhər sakini cərimələnib.

Aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin "Qaynar xətt”inə Gəncə şəhər sakini Hüseyn Əhmədovtərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub.
Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona inzibati xəta törətdiyinə görə qanunamüvafiq qaydada 2920 manat məbləğində cərimə tətbiq edilib.

Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR