Ağ Ev: Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi

Ağ Ev: Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi

"Prezident Donald Tramp hesab edir ki, Rusiya ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edə bilərdi”.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

"Rusiya və potensial olaraq  digər ölkələr ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi”, -deyə Ş.Spayser bildirib.

Bu gün D.Tramp özünün "Tvitter” səhifəsində yazıb ki, onu Rusiya ilə əlbir olmaqda ittiham edənlər ondan üzr istəməlidir.
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR