Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırıb

Ağ Ev İrandakı hadisələri “xalq üsyanı” adlandırıb
  • DÜNYA

Ağ Evin mətbuat katibi Sara Sanders İrandakı etirazları "xalq üsyanı” adlandırıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S.Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonun BMT TŞ-in təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, İranda dekabrın 28-dən davam edən kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR