95 min dolları xaricə aparmaq istəyən şəxs tutuldu

95 min dolları xaricə aparmaq istəyən şəxs tutuldu

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Aktual.az  DGK-ya istinadən xəbər verir ki, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə keçsə də, əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməyib.
Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Yoxlama zamanı vətəndaşın çamadanının içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd – hər biri 100 ABŞ dolları nominalında əskinaslar olmaqla, cəmi 95000 dollar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR