91 məhbus həbsxanadan qaçdı

91 məhbus həbsxanadan qaçdı

Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, məhbuslar sübh tezdən 30-40 metr uzunluğunda tunel vasitəsilə qaçıblar. Mühafizəçilərin diqqətini yayındırmaq üçün digər məhbuslar həbsxanada iğtişaşlar yaradıblar.
 
Təhlükəsizlik qüvvələri qaçan məhbusların axtarışı üçün 36 şəhərdə əməliyyatlar keçirir. Qaçan məhbusların 8-i artıq tutulub.
 
Qeyd edək ki, bu ilin yanvar ayında eyni həbsxanadan 14 məhbus qaçıb.
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR