9 gün iş olmayacaq

9 gün iş olmayacaq

Mart ayında 9 gün qeyri-iş günü olacaq. 

Aktual.az  APA-ya istinadən bildirir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür. 
 
Nazirlər Kabinetinin qərarına əsasən isə 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. 
 
Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 
 
26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında ardıcıl 8 gün - 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.
 
Beləliklə, mart ayında ümumilikdə 9 gün qeyri-iş günü olacaq. 

Xəbər 747 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR