Dəhşətli avtoqəza: 2 ölü

Dəhşətli avtoqəza:       2 ölü

Gəncə-Toğana avtomobil yolunun 11-ci kilometrliyində ağır yol nəqliyyat qəzası baş verib.


Hadisə martın 7-də saat 19 radələrində rayonun Aşıqlı kəndi yaxınlığında baş verib. “Niva” markalı avtomobillə “Toyota” markalı avtomobil toqquşub. Qəza zamanı “Niva”nın sürücüsü, hələlik kimliyi məlum olmayan şəxs hadisə yerində ölüb. Qəza yerinə gələn FHN-nin xilasediciləri meyiti deformasiyaya uğrayan avtomobildən çıxarıblar. Qəza zamanı “Niva”da olan başqa bir nəfər isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə ölən şəxslərin ata-bala olduğu bildirilir.

 

“Toyota”nın sürücüsü 1969-cu il təvəllüdlü Fərhad İsmayılov və onun qardaşı 1966-cı il təvəllüdlü Nuru İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. “Toyota”nın sürücüsü polis əməkdaşı olduğundan  faktı Göygöl rayon Prokurorluğu araşdırır.(APA)


Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR