8 yaşlı qızını zorlayan ataya hökm oxundu - 15 il həbs

8 yaşlı qızını zorlayan ataya hökm oxundu - 15 il həbs

Bakıda 8 yaşlı ögey qızına seksual hərəkətlər törətməkdə və zorlamada təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonın cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, pakistanlı 15 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Bu barədə, Xanlar küçəsində yaşayan 40 yaşlı K.T polisə müraciət edərək məlumat verib. O bildirib ki, yaşadığı evdə əri birinci evliliyindən olan azyaşlı qızına təcavüz edib. //Lent.az
Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR