8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ

8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ

"Bu günə olan məlumata görə, 8 yaşdan yuxarı 37 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçib".

Aktual.az  xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd edilib ki, həmin uşaqların 19-u oğlan, 18-i isə qızdır. Onlardan ən böyüyü 2001- ci il təvəllüdlü, ən kiçiyi isə 2007-ci il təvvəllüdlüdür.
Həmin uşaqların gec yaşda məktəbə getməsi valideyn səhlənkarlığı, validenylərin daim bir yerdə yaşamaması, ailə problemləri və digər səbəblərlə bağlıdır.
Qeyd edək ki, uşaqların I sinfə qəbulu prosesi 15 sentyabr 2017-cı il tarixinədək davam edəcək.
 
Aktual.az
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR