60 yaşlı iş adamının MÜƏMMALI İNTİHARI - TƏFƏRRÜAT

60 yaşlı iş adamının  MÜƏMMALI İNTİHARI - TƏFƏRRÜAT

Masallı rayonu Köhnə Alvadı kənd sakini 60 yaşlı Şəmsəddin Vəliyevin intiharının təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, heç bir maddi, sağlamlıq problemi olmayan Ş.Vəliyevin intiharı hər kəs üçün müəmmalı olaraq qalır.
Sakinlər deyir ki, Ş.Vəliyev tikinti materiallarının satışı ilə məşğul olub: "Onun Masallıda və Bakıda obyektləri var. Hətta bu yaxınlarda biznesini genişləndirmək üçün Moskvaya gedib, orada da iş qurmaq istəyib, lakin alınmayıb".
Sakinlər onu da bildirir ki, intihar etməmişdən əvvəl Ş.Vəliyev qızlarına və qardaşlarına zəng edib: "Onlarla sağollaşıb, bütün obyektlərinin sənədini Köhnə Alvadıda yaşayan qızına təhvil verib.
Axşam saatlarında ayaqlarının ağrıdığını və bir az gəzmək istədiyini deyərək evdən çıxıb. Bu zaman qardaşlarından biri onunla sonuncu danışığından narahat olaraq Ş.Vəliyevin kürəkəninə zəng edib. O da qaynatasıgilə gəlib, ailə üzvləri onu axtarmağa başlayır. Qaranlıqda təsadüfən çinar ağacından ağ ipin asıldığı onların diqqətlərini çəkir, yaxınlaşanda Ş.Vəliyevin intihar etdiyini görürlər".
 
Aktual.az
Xəbər 2476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR