60 min müəllimin maaşı artırılacaq

60 min müəllimin maaşı artırılacaq

“Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı 60 min müəllimə şamil olunacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib. Onun sözlərinə görə, dövlət başçısının müvafiq sərəncamına əsasən həmin müəllimlərin, direktorların, direktor müavinlərinin maaş əlavələri üzrə sxem hazırlanır və hazır olduqdan sonra layihə hökumətə təqdim ediləcək: `Artım diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək`.

R. Orucov əlavə edib ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında”sərəncama əsasən, müəllimlərin aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılacaq.

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR